“Facebook”da yenilik –Göndərilən mesajları silmək mümkün olacaq
(6-02-2019, 12:21)

“Facebook”da yenilik –Göndərilən mesajları silmək mümkün olacaq“Facebook” sosial şəbəkəsi fevralın 5-dən”Messenger”də göndərilən mesajların 10 dəqiqə ərzində silinməsi funksiyasını işə salıb.

Bu barədə “Facebook Messenger”in məlumatında bildirilir.

“Bu gündən etibarən “Messenger”də bir nəfərə və ya qrupa göndərdiyiniz mesajları asanlıqla silə biləcəyiniz funksiyanı işə salırıq. Bunun üçün ekranda mesajın üzərinə basmaq və “hamı üçün silmək”, yaxud “özün üçün silmək” variantlarından birini seçmək lazımdır. Eyni zamanda birinci halda bütün qrup iştirakçılarına mesajın silinməsi barədə məlumat gələcək. Mesajları göndərdikdən sonra yalnız 10 dəqiqə ərzində silmək mümkün olacaq” – deyə məlumatda qeyd olunub.

Yeni funksiya “iOS” və “Android” əməliyyat sistemlərinin son versiyalarından istifadə edənlər üçün yararlı olacaq.


Ana səhifəyə qayıt
    Oxunub: 957

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac