Dünya əhalisinin sayı 2050-ci ildə nə qədər olacaq?
(2-04-2019, 18:26)

Dünya əhalisinin sayı 2050-ci ildə nə qədər olacaq?2050-ci ildə dünyada yaşayan insanların sayı 9,7 milyard nəfərə çatacaq.

Lenta.ru-nun məlumatına görə, bu barədə BMT-nin əhali və inkişaf komissiyasının hesabatında yazılıb.

Hazırda dünya əhalisi 7,7 milyard təşkil edir. XXI əsrin sonunda isə 11 milyard nəfərə çatacaq.

Komissiyanın 52-ci əsas sessiyasında hesabatı BMT baş katibi Antonio Quterreş təqdim edib.

2050-ci ilə kimi ən yüksək artımın Afrikada, daha dəqiq desək, Böyük Səhradan cənubda, həmçinin, Mərkəzi Asiya və Cənubi Asiya ölkələrində baş verəcəyi proqnozlaşdırılır. Latın Amerikası, Şimali Amerika və Avropanın əhalisində elə də nəzərəçarpan dəyişiklik gözlənilmir.

Hesabatda qeyd olunur ki, əhalinin qocalması davam edir. Belə ki, inkişaf etmiş ölkələrdə doğum halları aşağı düşdüyündən, yaşı 65-dən çox olan insanların sayı əhəmiyyətli dərəcədə artacaq. BMT proqnozuna görə, Avropada belə artım 19-28 faiz, Şimali Amerikada isə 16-23 faiz civarında olacaq.


Ana səhifəyə qayıt
    Oxunub: 1131

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac