Marsda canlı həyat tapıldı - NASA alimləri etiraf etdi
(24-06-2019, 12:51)

Marsda canlı həyat tapıldı - NASA alimləri etiraf etdiMarsın səthində yüksək səviyyədə metan qazının ayrılması planetdə mikro orqanizmlərin olmasından xəbər verir.

Qanun-namine.info ölkə.az-a istinadən bildirir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Qəzetin xəbərinə əsasən, bunu NASA alimləri bildiriblər. Alimlər ötən həftə "Curiosity" aparatının topladığı məlumatları tədqiq ediblər.

Marsdan hava nümunəsi həftənin çərşənbə axşamı götürülüb. Cümə günü isə təcrübələr zamanı havada yüksək miqdarda metan qazı aşkar edilib.

Alimlər "Curiosity"dən əlavə məlumat istəyiblər. Əgər kəşf təsdiqlənsə, yaxın günlərdə rəsmi elan ediləcək.


Kəşf edilən qaz planetin daxilində milyonlarla il mövcud ola bilərdi. İndi isə yarıqlardan üzə çıxır. Amma ehtimal edilir ki, metan qazı bu yaxınlarda sızıb. Çünki nazik qatlı Mars atmosferində metan molekulu asanlıqla günəş işığı və kimyəvi reaksiyalarla bölünür.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac