Məhkəmə tarixində ən qısamüddətli həbs cəzası çıxarılıb- 50 dəqiqə
(31-07-2019, 17:40)

Məhkəmə tarixində ən qısamüddətli həbs cəzası çıxarılıb- 50 dəqiqəBöyük Britaniyanın gənc vətəndaşı dünyada ən qısamüddətli həbs cəzasına məhkum edilib.

Azərtac Daily Mail qəzetinin saytına istinadla xəbər verir ki, Şimali Somerset əyalətinin Portished şəhərinin 23 yaşlı sakini məhkəmə tərəfindən cəmi 50 dəqiqəlik həbs cəzası alıb.

Məhkəmədə təqsirini etiraf edən Şeyn Cenkins adında gənc etdiyi hərəkətdən peşman olduğunu bildirib. O, öz sevgilisinin evinin pəncərəsini süpürgə ilə sındırdıqdan sonra polis tərəfindən saxlanılıb. Bundan başqa, Cenkins onu yaxalamaq istəyən polislərə də hücum edib.

Həmin vaxt onun alkoqol və narkotik maddələrin təsiri altında olduğu bildirilir. Müttəhim hakimin qarşısında peşman olduğunu bildirdikdən sonra iki məktub oxuyub və əməllərinə görə həm sevdiyi qızdan, həm də qanun keşikçilərindən üzr istəyib.

Hakim müttəhimin 50 dəqiqə həbs cəzası çəkməsi, habelə 80 saat islah işləri və reabilitasiya keçməsi barədə qərar çıxarıb.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac