Amerikalı pilot quş uçuşu yüksəkliyindən Bakını çəkib
(16-08-2019, 11:46)

Amerikalı pilot quş uçuşu yüksəkliyindən Bakını çəkibMəşhur amerikalı pilot və fotoqraf KTDrones ilk dəfə Bakını ziyarət edib və quş uçuşu yüksəkliyindən onun şəklini çəkib. Sputnik Azərbaycan-ın məlumatına görə, o, Bakının foto və videosunu özünün "Instagram" sosial şəbəkəsindəki səhifəsində təqdim edib.

Pilot özünün əsl adını gizlədir və çəkdiklərini KTDrones təxəllüsü altında yayımlayır. O, artıq uzun illərdir dünyanın müxtəlif guşələrinə səyahət edir və indiyədək 36 ölkədə olub. Hər dəfə öz səyahətləri zamanı fotoqraf dronun köməyilə ən gözəl yerlərin şəkillərini çəkir.

Bakıya səfəri zamanı o, şəhəri gecə və gündüz quş uçuşu yüksəkliyindən çəkib, ən uğurlu kadrları sosial şəbəkədə paylaşıb. Əcnəbilər onun çəkdiyi şəkillərə və çarxa valeh olublar. Bakının bu qədər gözəl olması onları heyrətləndirib.
GÖRÜNTÜLƏR BURADA...
https://www.instagram.com/p/BxrT6VThD1P/?utm_source=ig_embed



Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac