3 min il əvvələ aid yaşayış məskəni və mumiyalar tapılıb –Yəməndə
(19-08-2019, 10:21)

3 min il əvvələ aid yaşayış məskəni və mumiyalar tapılıb –YəməndəYəmənin paytaxtı Səna şəhəri yaxınlığında təxminən 3 min il yaşı olan qədim yaşayış məskəni və mumiyalar aşkar olunub.

Bu barədə “SABA” agentliyi husi hökumətinin mədəniyyət naziri Abdulla Əhməd əl-Kabsiyə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, Səna yaxınlığında aparılmış arxeoloji qazıntılar zamanı iki tapıntı üzə çıxarılıb – qədim yaşayış məskəni və qayalara oyulmuş məzarlar. Həmin məzarlarda daş dövrünün sonu və hətta bürünc dövrünə aid 3 min illik mumiyalar tapılıb.

Əl-Kabsi bildirib ki, tapılmış insan məskəni daşlardan tikilmiş evlərdən ibarətdir və bürünc dövrünün sonlarına aiddir. Məzarlar isə yaşayış məskəninin kənarında yerləşir.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac