Gələn il 2 Günəş, 4 Ay tutulması olacaq
(1-10-2019, 15:46)

Gələn il 2 Günəş, 4 Ay tutulması olacaqAzərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə gözlənilən Günəş və Ay tutulmalarının vaxtını açıqlayıb.

Rəsədxanadan verilən məlumata görə, 2020-ci ildə 6 tutulma hadisəsi müşahidə olunacaq. 6 tutulmanın 2-si Günəş, 4-ü isə Ay tutulması olacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş vermişdir. İl ərzində ən çox tutulma hadisəsi isə 2038-ci ildə baş verəcək. 7 tutulma hadisəsindən 3-ü Günəş, 4-ü isə Ay tutulması olacaq. Bu sayda tutulma axırıncı dəfə 1973-cü ildə baş vermişdir.

2020-ci ildə baş verəcək 6 tutulma hadisəsindən Azərbaycanda yalnız 3-ü müşahidə olunacaq. Bunlardan 1-i Günəş, 2-si isə Ay tutulması olacaq.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac