Astronomlar nəhəng planet aşkar ediblər –Yerdən 30 işıq ili məsafədə yerləşir
(29-11-2019, 16:01)

Astronomlar nəhəng planet aşkar ediblər –Yerdən 30 işıq ili məsafədə yerləşirAstronomlar tərəfindən planetlərin yaranması nəzəriyyəsinə uyğun olmayan qeyri-adi nəhəng planet aşkar edilib.

Yerdən 30 işıq ili məsafədə yerləşən yeni planet Yupiterə bənzəyir və kiçik “qırmızı cırtdan” ətrafında fırlanır.

Trend-in məlumatına görə, bu planetin ölçüsü ətrafında fırlandığı ulduzuna nisbətdə daha böyükdür. Əvvəllər isə yalnız kiçik planetlərin “qırmızı cırtdanlar”ın ətrafında fırlana biləcəyi güman edilirdi.

Günəş kütləsi Yupiterin kütləsindən 1050 qat daha böyükdürsə, GJ 3512b adlandırılan bu planet GJ 3512 adlı öz cırtdan ulduzundan 270 dəfə böyükdür.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac