Quba-Xınalıq yolunda uçqun olub –VİDEO
(22-06-2020, 11:32)

Quba-Xınalıq yolunda uçqun olub –VİDEOÖtən gün axşam saatlarında Quba-Xınalıq yolunda uçqun baş verib.

Hadisə yolun 52-ci km-də qeydə alınıb. Dağdan qopan qaya parçaları yola düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb. Ərazidə qalan vətəndaşlar qayaların bir hissəsini ərazidən uzaqlaşdıraraq yollarına davam ediblər.

Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin sahə rəisi Bilal Sultanovun verdiyi məlumata görə, əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yol qaya parçalarından tamamilə təmizlənib.

İlkin ehtimala görə, uçquna son günlər yağan intensiv yağışlar səbəb olub.



Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac