Sumqayıtda zavodda yanğın olub - Yaralılar var
(7-08-2020, 14:00)

Sumqayıtda zavodda yanğın olub - Yaralılar varFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.

Qanun-namine.info FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb.

"Sumqayıt Etilen-Polietilen zavodunda baş vermiş alışma nəticəsində 7 nəfər xəsarət alıb".

Bunu TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib. Onun sözlərinə görə, 1 nəfərə ambulator yardım göstərilərək evə buraxılıb. Digər 6 nəfər Bakıya Yanıq Mərkəzinə göndərilib. Onlardan birinin vəziyyəti ağırdır.

“Sumqayıt Etilen-Polietilen zavodunda alışma baş verib və bir neçə dəqiqədən sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb. Alışmanın səbəbləri hələlik bəlli deyil".

Bunu Azvision.az-a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, ilkin ehtimala görə yanğın orada aparılan və yekunlaşmaq üzrə olan modernizasiya və tikinti işləri ilə əlaqədar olub.

"Hadisə istehsalat prosesi ilə bağlı deyil, çünki müəssisə dövrü təmir üçün 3 gündür dayanıb. Alışma nəticəsində bir neçə əməkdaş və modernizasiya layihəsində iştirak edən podratçılar xəsarət alıblar. Onların vəziyyəti orta ağır və ağır olaraq dəyərləndirilir. Müalicələri davam edir".


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-sentyabr-2020
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac