Bakıda YANĞIN - 15 nəfər təxliyə edilib
(27-02-2019, 12:11)

Bakıda YANĞIN - 15 nəfər təxliyə edilibBakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən 7-ci mərtəbəsinə qədər şaxta boyunca kommunikasiya xətləri 15 p.m yanıb, yüksək temperaturdan 4-cü mərtəbəsinin dəhlizinin lambirindən ibarət tavanı 40 m² sahədə əriyib.

Qanun-namine.info FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, 15 nəfər (o cümlədən 3 nəfər azyaşlı) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Kommunikasiya xətlərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Ana səhifəyə qayıt
    Oxunub: 870

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-mart-2019
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac