Yataqxanadakı yanğınla bağlı rəsmi məlumat yayıldı:"İki nəfər dünyasını dəyişib"
(6-03-2019, 11:31)

Yataqxanadakı yanğınla bağlı rəsmi məlumat yayıldı:"İki nəfər dünyasını dəyişib"Nərimanov Rayon İcra Hakimiyyəti rayon ərazisindəki yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.

İcra hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Məlik Məmmədov küçəsi 4 ünvanında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məxsus yataqxanada baş verib: “Martın 5-də gecə saat 23:40 radələrində beşmərtəbəli yataqxananın 3-cü mərtəbəsində qısaqapanmadan baş verən yanğın zamanı 11 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilib. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. Dünyasını dəyişən şəxslər Laçın rayonundan olan məcburi köçkünlər – 1958-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızıdır”.

Məlumatda bildirilir ki, faktla bağlı Nərimanov rayon Polis İdarəsi və Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırma aparılır.


Ana səhifəyə qayıt
    Oxunub: 1479

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-mart-2019
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac