Polis rəisinin oğlu bahalı maşında yüksək sürətlə radara düşdü – Foto
(27-03-2019, 12:51)

Polis rəisinin oğlu bahalı maşında yüksək sürətlə radara düşdü – FotoAzərbaycanda bir çox yüksək çinli məmurların övladlarının yol-hərəkəti qaydalarını pozması və bunun ağır faciələrə səbəb olmasına dair mediada zaman-zaman xəbərlər yayılır.

Valideynlərinin tutduğu mövqeyə arxalanan bu cür şəxslərin törətdikləri əməllər sonradan onların ictimai qınaqla üzləşməsi, həbsi və bəzi halarda arxalandıqları insanların vəzifədən atılması ilə nəticələnsə də zaman-zaman bu tipli adamların avtoxuliqanlıq hərəkətləri təkrarlanır.

Gəncə Şəhər Baş Polis İdarəsinə yeni təyin olunan rəis Əkbər İsmayılovun oğlu Ülvi İsmayılov da belələrindəndir.

Gununsesi.org-a daxil olan bir məlumatda Ülvi İsmayılovun tez-tez yol hərəkəti qaydalarını pozması, sürücü kimi qanunlara məhəl qoymadığı bildirilir. Redaksiyamıza təqdim olunan bir sənəddə rəis oğlu barəsində deyilənlərin həqiqət olduğu da təsdiqlənib.

Belə ki, Bakı-Şamaxı yolunun 84.6 km-də sürət həddi 90 km/saat müəyyən olunan yolda Ülvi İsmayılov özünə məxsus 10 TO 020 dövlət qeydiyyat nömrə nişanlı “Porsche Panamera” maşını ilə sürət həddini aşaraq 149 km/saat -la radara düşüb.
Polis rəisinin oğlu bahalı maşında yüksək sürətlə radara düşdü – Foto


Ana səhifəyə qayıt
    Oxunub: 2088

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac