Paytaxtda silahlı insident: 4 nəfər saxlanıldı
(4-04-2019, 19:34)

Paytaxtda silahlı insident: 4 nəfər saxlanıldıAprelin 3-də saat 19.30 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən kafelərin birində ailə münaqişəsi zəminində mübahisə yaranıb.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Biləcəri qəsəbəsində yaşayan Elmar Quliyev həyat yoldaşının ailə-məişət münasibətlərinin pozulması zəminində ata evinə qayıtması məsələsinə aydınlıq gətirilməsi üçün E.Quliyevi və onun yaxınlarını qayınatası, Vəli Nəbiyev kafeyə dəvət edib.


Görüş zamanı tərəflər arasında qarşılıqlı mübahisə yaranıb. E.Quliyevin atası Elnur Quliyev üzərində olan “Ekolbotan” markalı, pnevmatik idman (səs) tapançası ilə atəş açıb.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılaraq E.Quliyev, onun atası və dostu, eləcə də V.Nəbiyevin qardaşı, şübhəli şəxs qismində saxlanılaraq, hadisə zamanı istifadə olunmuş idman tapançası aşkarlanaraq götürülüb. Binəqədi RPİ-də istintaq davam etdirilir.


Ana səhifəyə qayıt
    Oxunub: 1566

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac