İcra başçısının sürücüsü yol qəzasında öldü- Araşdırma aparılır
(14-05-2019, 11:01)

İcra başçısının sürücüsü yol qəzasında öldü- Araşdırma aparılırGoranboyda ağır yol qəzası baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2115” markalı minik maşını ilə “Howo” markalı yük maşını toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü 1969-cu il təvəllüdlü Aşağı Ağcakənd kənd sakini Əliyev Rauf İsmayıl oğlu ağır xəsarətlər alıb. O, ətrafdakıların köməyi ilə xəstəxanaya aparılarkən yolda keçinib.

Dünyasını dəyişən şəxs Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub.

Faktla bağlı araşdırma aparılır.


Ana səhifəyə qayıt
    Oxunub: 2697

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac