Bakıda ağır qəza: 4 nəfər yaralandı
(16-05-2019, 10:31)

Bakıda ağır qəza: 4 nəfər yaralandıYasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə metronun 20 Yanvar stansiyasının qarşısında baş verib.

Belə ki, Cavid Əliyev idarə etdiyi "Opel" markalı avtomobillə sağa dönmək istəyib. Bu zaman Vüsal Məmmədov idarəetdiyi "VAZ 2107" markalı avtomobillə "Opel"ə çırpılıb.

Nəticədə "VAZ 2107"-də olan 3 sərnişin və sürücü müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.


Ana səhifəyə qayıt
    Oxunub: 2088

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac