Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın –FHN açıqlama yaydı
(4-06-2019, 13:00)

Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın –FHN açıqlama yaydıFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Strateq.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

İlkin məlumata əsasən, yaşayış binasının 9-cu mərtəbəsində mənzil yanır. Hazırda yanğının yayılmasının qarşısı alınıb, digər zəruri tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac