Bakıda ağır yol qəzası:minik avtomobili yük maşını ilə toqquşdu
(16-07-2019, 17:29)

Bakıda ağır yol qəzası:minik avtomobili yük maşını ilə toqquşduXocahəsən qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, adıçəkilən qəsəbədən üzü şəhər istqamətində hərəkətdə olan minik avtomobili yük maşını ilə toqquşub. Toqquşmanın gücündən hər iki avtomobil yol kənarına aşıb. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıblar.

Qeyd edək ki, qəza səbəbindən Xocahəsən yolunda tıxac da yaranıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.

Qəzanın səbəbləri araşdırılır.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac