Qəzaya uğrayan MiQ-29 təyyarəsinin bəzi fraqmentləri tapılıb –Müdafiə Nazirliyi məlumat yaydı
(9-08-2019, 11:21)

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin bəzi fraqmentləri tapılıb –Müdafiə Nazirliyi məlumat yaydıGecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.

Qanun-namine.info Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.

Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac