Tərtərdə döyüş sursatı partlayıb - Ölən və yaralanan var
(29-08-2019, 17:13)

Tərtərdə döyüş sursatı partlayıb - Ölən və yaralanan varTərtər rayonunda döyüş sursatı partlayıb.


Hadisə Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, əl qumbarasının partlaması nəticəsində bir nəfər hadisə yerində ölüb, bir nəfər isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Hazırda ölən və yaralanan şəxslərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac