Sərnişin avtobusu piyadaya görə qəza etdi - DİN araşdırmalara başladı
(2-09-2019, 17:03)

Sərnişin avtobusu piyadaya görə qəza etdi - DİN araşdırmalara başladıGəncədən Bakıya gələn sərnişin avtobusu paytaxta girişdə qəzaya uğrayıb.


Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, qəzaya səbəb avtobusun yoluna piyadanın çıxması olub:

"Səhər saatlarında Gəncədən Bakıya gələn sərnişin avtobusu qəzaya uğrayıb. Buna səbəb isə magistral yolda avtobusun yoluna piyadanın çıxmasıdır. Sürücü onu vurmamaq üçün manevr edib və nəticədə qəza törədib. Avtobusun salonunda sərnişin olmayıb, yalnız iki dispetçer, sürücü və daşıyıcı şirkətin nümayəndəsi olublar, xoşbəxtlikdən də onlar heç bir xəsarət almayıblar".

N. Allahyarova əlavə edib ki, baş vermiş hadisə ilə bağlı polis araşdırmalara başlayıb:

"Artıq bu iş nəzarətə götürülüb. Daxili İşlər Nazirliyində, istintaq gedir, araşdırmalar başlanılıb. Qəzaya uğrayan avtobus isə evakuasiya olunaraq qaraja aparılıb".


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac