Sabunçuda təzə tikilən körpünün tunelini su basdı –VİDEO
(3-09-2019, 12:33)

Sabunçuda təzə tikilən körpünün tunelini su basdı –VİDEOBakıda yağan yağış fəsadlar törədib.

Sabunçu rayonu Dilqəm Kişvəri küçəsində təzə tikilmiş dəmiryolu dayanacağının yaxınlığındakı körpüyə su yığılıb.

Ərazidən keçən nəqliyyat vasitələri tuneldən keçə bilməyiblər.

Alternativ yol olmadığı üçün sürücülər uzaq məsafə qət edərək yollarına davam etmək məcburiyyətində qaldıqlarını bildiriblər.

Tuneldə suya bataraq qalmış iki maşının vətəndaşların yardımı ilə oradan çıxarıldığı bildirilib.

Hazırda ərazidə aidiyyatı qurumlar gözə görünmür.



Ana səhifəyə qayıt
    Oxunub: 1740

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac