Bakıda bağçaya bitişik binada yanğın olub –Azyaşlılar təxliyə edilib
(4-11-2019, 10:04)

Bakıda bağçaya bitişik binada yanğın olub –Azyaşlılar təxliyə edilibBakı şəhərinin Sabunçu rayonunda uşaq bağçasının yerləşdiyi binaya bitişik ümumi sahəsi 25 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, yanğın zamanı uşaq bağçasının yerləşdiyi binadan 50 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə edilib. Köməkçi tikilinin qalan hissəsi və bitişik bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac