Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub- 6 nəfər xəstəxanaya yerləşdirildi
(21-11-2019, 10:23)

Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub- 6 nəfər xəstəxanaya yerləşdirildiBakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un verdiyi məlumata görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov bildirib ki, Sahil qəsəbəsi, “20-ci Sahə” adlanan ərazidə marşrut avtobusu mikroavtobusla toqquşub. Hadisə zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar arasında uşaq və yeniyetmə də var.

Yaralılar xəstəxanaya yerləşdirilib.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac