Bu il yol qəzalarında ölənlərdən 298-i piyadalar olub
(25-12-2019, 12:24)

Bu il yol qəzalarında ölənlərdən 298-i piyadalar olub"Bu ilin 11 ayı ərzində baş verən yol qəzalarında ölənlərin 298 nəfəri piyadalar olub".

Qanun-namine.info-nun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev deyib.

Qeyd edək ki, 2019-cu ilin 11 ayı ərzində ölkədə 1681 yol nəqliyyat hadisəsi qeydə alınıb. Həmin yol qəzalarında 738 nəfər ölüb, 1535 nəfər xəsarət alıb. Bu qəzalardan 42,7 faizi piyadaların vurulması ilə bağlı olub.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac