Masallıda dəhşətli hadisə:kişi həyat yoldaşını, qaynını və qayınanasını, sonra isə özünü güllələdi
(26-02-2020, 15:41)

Masallıda dəhşətli hadisə:kişi həyat yoldaşını, qaynını və qayınanasını, sonra isə özünü güllələdiMasallı rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Strateq.az “Report”a istinadla xəbər verir ki, bir müddət əvvəl həyat yoldaşından ayrılan rayonun Təzəkənd kənd sakini Sarvan Nəbiyev ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Aliməyə, qaynanası Zemfiraya və qaynı Alimə öv tüfəngindən atəş açıb.

Hadisə nəticəsində S.Nəbiyevin keçmiş həyat yoldaşı və qaynı ölüb. Qaynanası isə yaralanıb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bundan sonra qətli törədən S.Nəbiyev yardımçı tikilidə çənə nahiyəsindən özünə atəş açıb.

Şahidlərin bildirdiyinə görə, hadisə qız tərəfinin oğlanın evinə cehizlərini götürmək üçün gələn zaman baş verib.

Qeyd edək ki, boşanan gənc ailənin iki azyaşlı uşağı var.

Faktla bağlı prokurorluq araşdırma aparılır/Report.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac