Aksiya fəalı Aysel Ələkbərzadə özünü binadan atıb –Vəziyyəti ağırdır + Açıqlama
(10-03-2020, 10:14)

Aksiya fəalı Aysel Ələkbərzadə özünü binadan atıb –Vəziyyəti ağırdır + AçıqlamaBakıda “Qadına şiddətə son” şüarı ilə keçirilən aksiyanın fəallarından biri Aysel Ələkbərzadə özünü binadan atıb.

TƏBİB-dən verilən məlumata görə, hadisə paytaxtın Yeni Yasamal ərazisində baş verib.

Məlumata görə, 1996-cı il təvəllüdlü A.Ələkbərzadə özünü binanın 3-cü mərtəbəsindən ataraq intihara cəhd edib: “Bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən qadının vəziyyəti ağır-stabildir. O, sol bud sümüyünün sınığı ilə əməliyyata hazırlanır”.

Qeyd edək ki, Bakıda 8 mart günü feministlərin keçirdiyi qanunsuz aksiya zamanı A.Ələkbərzadə əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid olunub.

O, intihardan əvvəl sosial şəbəkədəki səhifəsində özünü atacağı ilə bağlı anons verib.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac