İTV-nin əməkdaşı 6-cı mərtəbədən yıxılıb:"Rasim Babayev hazırda həkimlərin nəzarətindədir"
(12-03-2020, 13:21)

İTV-nin əməkdaşı 6-cı mərtəbədən yıxılıb:"Rasim Babayev hazırda həkimlərin nəzarətindədir"Bu gün təxminən saat 12:40 radələrində İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yerə yıxılıb.

Bu barədə şirkətdən məlumat verilib.

Bildirilib ki, şirkət əməkdaşları tərəfindən dərhal Təcili Tibbi yardım çağırılıb: “Rasim Babayev xəstəxanaya aparılıb. Hazırda o, həkimlərin nəzarətindədir”.

Məlumatda qeyd edilib ki, hadisə əməkdaşın birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb: “Bununla bağlı aidiyyəti orqanlara məlumat verilib”.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac