Prezident fərman imzaladı
(17-08-2020, 16:42)

Prezident fərman imzaladıPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Qanun-namine.info xəbər verir ki, dəyişikliklə İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı genişləndirilib.

Belə ki, İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 1.11-ci bəndinə hər iki halda “orqanların” sözündən sonra “və Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin” sözləri əlavə edilib.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
14-sentyabr-2020
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac