“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi dəyişib
(23-09-2020, 11:26)

“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi dəyişib“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi dəyişib.

Qanun-namine.info-nun məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 iyul tarixli 308 nömrəli, “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 16 avqust tarixli 360 nömrəli və “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli qərarlarında dəyişiklik edib.

Qeyd edək ki, “Mediasiya haqqında” qanun 2020-ci ilin iyulun 1-dən qüvvəyə minməli idi.

Qanunun qüvvəyə minmə tarixi dəyişdirilib və qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Nazirlər Kabinetinin qərarı da qanunun qüvvəyə minmə tarixinin dəyişdirilməsinə uyğunlaşdırılıb.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-sentyabr-2020
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac