“Dövlət sirri haqqında” qanuna dəyişiklik edilir
(6-06-2018, 13:34)

“Dövlət sirri haqqında” qanuna dəyişiklik edilirDövlət sirri məlumatlarının məxfilik müddəti uzadılır

Qanun layihəsinin 10-cu maddəsinə (Məlumatların və onların daşıyıcılarının məxfiləşdirilməsi qaydası) 10.4-cü maddə əlavə edilir.

Dəyişiklikliyə görə, məlumatın məxfilik müddəti onun məxfiləşdirildiyi gündən hesablanır.

Bu müddət məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən çox olmamalıdır.

Dövlət sirri təşkil edən məlumatların məxfilik müddətinin uzadıldığı hal istisna olmaqla dövlət sirri təşkil edən məlumat daşıyıcıların məxfiliyi məlumat məxfiləşdirildiyi zaman müəyyən edilmiş müddətdən gec olmayaraq götürülməlidir.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar plenar iclasında müzakirə ediləcək.


Ana səhifəyə qayıt
    Oxunub: 26796

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac