Baş nazirdən elektrik enerjisi ilə bağlı qərar - 24 gün...
(27-07-2018, 11:38)

Baş nazirdən elektrik enerjisi ilə bağlı qərar - 24 gün...Nazirlər Kabineti "Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği”ni təsdiq edib.
Qanun-namine.info xəbər verir ki, qərarda aşağadakılar öz əksini tapıb.

1. "Məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazlı) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın 1-ci hissəsində nəzərdə tutulan məişət abonentləri istisna olmaqla, məişət abonentlərinin tələb olunan gücü 150 kVt-a qədər (150 kVt daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği "Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş məbləğlər üzrə aşağıdakı qaydada müəyyən edilir:

2.1. məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 3 fazlı) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği "Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarının 1 nömrəli əlavəsində "kənd təsərrüfatı təyinatlı obyektlər üçün” müəyyən edilmiş "3 fazlı” qoşulma haqqının məbləğində;

2.2. məişət abonentlərinin tələb olunan gücü 20 kVt-dan 150 kVt-a qədər (150 kVt daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği "Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarının 1 nömrəli əlavəsində "ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri üçün” müəyyən edilmiş "3 fazlı” qoşulma haqqının məbləğində.

3. Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 12 (on iki) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği bu qərarın 1-ci və 2-ci hissələrində müəyyən edilmiş müvafiq qoşulma haqqı məbləğlərinə 1,5 əmsalı tətbiq olunmaqla müəyyən edilir.


Ana səhifəyə qayıt
    Oxunub: 17487

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac