"Dövlət rüsumu haqqında" qanun dəyişdi
(12-10-2018, 17:06)

"Dövlət rüsumu haqqında" qanun dəyişdiMilli Məclisinin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qanun-namine.info xəbər verir ki, qanunun 4-cü (Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları) maddəsinin 1-2 bəndi yeni redaksiyada verilib:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sahəsində göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir”.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.


Ana səhifəyə qayıt
    Oxunub: 15399

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac