Qanunsuz tikinti ilə bağlı cərimələr… –50 faizi inzibati protokolu tərtib edən qurumun hesabına köçürüləcək
(28-02-2019, 12:33)

Qanunsuz tikinti ilə bağlı cərimələr… –50 faizi inzibati protokolu tərtib edən qurumun hesabına köçürüləcəkAzərbaycanda tikinti ilə bağlı cərimələrin 50 faizi inzibati protokolu tərtib edən qurumun hesabına köçürüləcək.

Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə yeni müddəanın əlavə olunması təklif edilir.

Məcəlləyə edilən əlavədə qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitin bölgüsü və ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Layihə Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.


Ana səhifəyə qayıt
    Oxunub: 2610

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-mart-2019
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac