Keyfiyyətsiz və saxta dərman gətirənlərin işi çətinləşir - Cəzalar sərtləşdirilir
(19-03-2019, 11:18)

Keyfiyyətsiz və saxta dərman gətirənlərin işi çətinləşir - Cəzalar sərtləşdirilirAzərbaycanda keyfiyyətsiz və saxta dərman vasitələrinin istehsalı, idxalı və satışına qarşı mübarizə gücləndirilir. Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 38-ci maddəsinə (Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə) edilən dəyişikliyə əsasən, keyfiyyətsiz və saxta dərman vasitələrinin istehsalı, idxalı və satışı da inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək inzibati tənbeh verilən hallar sıyahısına daxil edilir.

Belə ki, hazırda dərman vasitələri ilə bağlı inzibati xəta törədildiyi gündən üç ay keçəndən sonra şəxs məsuliyyətdən azad olur.

Məcəlləyə dəyişikliyin məqsədi keyfiyyətsiz və saxta dərman vasitələrinə qarşı mübarizənin səmərəliliyini artırmaqdır. Belə ki, üç ay müddəti dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətaların araşdırılması üçün yetərli olmadığından layihədə həmin inzibati xətalar üzrə müddətin bir ilədək uzadılması təklif olunur.


Ana səhifəyə qayıt
    Oxunub: 1305

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac