“Standartlaşdırma haqqında” qanuna dəyişiklik edilib
(30-04-2019, 11:11)

“Standartlaşdırma haqqında” qanuna dəyişiklik edilibPrezident İlham Əliyev “Standartlaşdırma haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Qanun-namine.info xəbər verir ki, dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır.

Belə ki, malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) aparılır. Burada müvafiq icra hakimiyyətinin səlahiyyətlərini Prezident həyata keçirəcək.

Uyğunluğu qiymətləndirən qurum isə Azərbaycan Akkreditasiya Mərkəzi olacaq.


Ana səhifəyə qayıt
    Oxunub: 1218

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac