Azərbaycanda dəfnlərin vahid dövlət reyestri aparılacaq - Qanun təsdiqləndi
(2-05-2019, 18:13)

Azərbaycanda dəfnlərin vahid dövlət reyestri aparılacaq - Qanun təsdiqləndiPrezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Qanun-namine.info-nun xəbərinə görə, dəyişikliyə əsasən, Ailə Məcəlləsinə 196-cı maddə (Dəfnlərin reyestri) əlavə edilib.

Həmin maddəyə əsasən, Azərbaycanda dəfnlərin vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılacaq.

İnzibati Xətalar 54.2-ci maddəsinə “445-1,” rəqəmlərindən sonra “516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə),” sözləri əlavə edilib.

Həmin maddədə nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir.


Ana səhifəyə qayıt
    Oxunub: 6438

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac