Hesablama Palatasının inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti ləğv edilir
(7-05-2019, 13:32)

Hesablama Palatasının inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti ləğv edilirBu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Hesablama Palatası haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub.

Qanun-namine.info-nun məlumatına görə, təklif olunan dəyişikliyə əsasən, Hesablama Palatası fəaliyyət istiqamətini genişləndirir.

Palatanın fəaliyyət istiqamətləri ilə bağlı qanunun 6.0.2. bəndinə təklif olunan dəyişikliyə görə, Hesablama Palatası büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi və Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, icmal büdcəsinin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verəcək.

Buna qədər isə Hesablama Palatası büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla, icmal büdcəsinin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verib.

Təklif olunan digər dəyişikliyə görə, Hesablama Palatasının inzibati xətalar haqqında işlərə baxması və inzibati tənbeh tətbiq etməsi hüquqları ləğv edilir.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Ana səhifəyə qayıt
    Oxunub: 2958

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac