Prezident işsiz və işaxtaranlarla bağlı yeni qanunu imzaladı
(27-08-2019, 10:27)

Prezident işsiz və işaxtaranlarla bağlı yeni qanunu imzaladıPrezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Qanun-namine.info xəbər verir ki, bununla da Məcəlləyə aşağıdakı dəyişikliklər edilib:

– 43.1-ci maddəyə “538-1,” rəqəmlərindən sonra “540.5,” rəqəmləri əlavə edilsin.

– 194-cü maddənin dispozisiyasında “əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər” sözləri “sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən” sözləri ilə əvəz edilsin və “, yaxud dövlət büdcəsinə vəsait köçürülməməsinə” sözləri çıxarılsın.

– 523-cü maddənin “Qeyd” hissəsində “işsiz statusu almış” sözləri “işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış” sözləri ilə əvəz edilsin.

– 540-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 540. Məşğulluq haqqında qanunvericiliyin pozulması

540.1. İşəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatların təqdim edilməməsinə görə –

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

– İşəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə –

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

– Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə –

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

– Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsinin işəgötürən tərəfindən müvafiq həmkarlar ittifaqı orqanlarına əvvəlcədən (azı 3 ay əvvəl) yazılı məlumat verilmədən və ya işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmadan həyata keçirilməsinə görə –

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

– “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.6–4.8-ci maddələrinin tələblərinin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən pozulmasına görə –

vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.”.

576-cı maddə üzrə:

– adına və 576.1-ci maddəsinə “Azərbaycan” sözündən əvvəl “Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsi, habelə” sözləri əlavə edilsin;

– aşağıdakı məzmunda 576.3-cü və 576.4-cü maddələr əlavə edilsin:

“576.3. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə –

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

– Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən toplanılmış informasiya ehtiyatlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) elektron qaydada qarşılıqlı məlumat mübadiləsinin təmin edilməməsinə görə –

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac