Prezident “Bələdiyyələrin statusu haqqında” Qanununda dəyişiklikləri təsdiqləyib
(27-08-2019, 10:36)

Prezident “Bələdiyyələrin statusu haqqında” Qanununda dəyişiklikləri təsdiqləyibPrezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” Qanununda dəyişiklikləri təsdiqləyib.

Qanun-namine.info-nun məlumatına görə, Qanuna təklif edilən 49-1-ci maddə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.

Eyni zamanda qanuna təklif olunan 10-1-ci maddə bildirilib ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil edir.


Ana səhifəyə qayıt
    Oxunub: 4785

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac