Azərbaycanda şəxsin anlaqlı olub-olmamasını xüsusi komissiya müəyyən edəcək
(8-11-2019, 11:36)

Azərbaycanda şəxsin anlaqlı olub-olmamasını xüsusi komissiya müəyyən edəcəkAzərbaycanda şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixatrik ekspertizanın aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət komissiya təşkil ediləcək.

Qanun-namine.info-nun xəbərinə görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir.

Belə ki, Məcəllənin 265-ci maddəsinə (Təkbaşına və komisyon ekspertiza) yeni 265.5-ci bəndin əlavə olunması təklif edilir.

Yeni bəndə əsasən, şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixatrik ekspertizanın aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət komissiya təşkil ediləcək.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac