Prezident vergi ilə bağlı yeni qanunu təsdiqlədi –Tikinti ilə bağlı dəyişikliklər oldu
(26-12-2019, 09:29)

Prezident vergi ilə bağlı yeni qanunu təsdiqlədi –Tikinti ilə bağlı dəyişikliklər olduPrezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Qanun-namine.info xəbər verir ki, qanunda məcəlləyə bir sıra dəyişikliklər öz əksini tapıb.

Onlardan ən maraq doğuranlardan biri isə bina tikintisi ilə bağlı edilən dəyişiklikdir.

Məcəllənin 13.2.12-ci maddənin birinci abzasına aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:

“Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.”

Qanuna edilən dəyişikliklərə görə, 1 yanvar 2020-ci il tarixdən etibarən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun ləğv edilməsi və həmin şəxslər tərəfindən vergi öhdəliklərinin vahid metodla – ƏDV və mənfəət vergisinin ödəyicisi kimi yerinə yetirilməsi nəzərdə tutulur. Həmin tarixədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi tikinti-quraşdırma işləri üzrə vergiləri əvvəlki qaydada ödəyir.

Tikinti-quraşdırma işlərinə 1 dekabr 2019-cu ildən başlamış vergi ödəyiciləri isə həmin tikinti-quraşdırma işləri üzrə vergitutma metodunu 1 yanvar 2020-ci ilə qədər seçmək imkanına malikdir. Qanunun 2.2-ci maddəsinə əsasən, tikinti-quraşdırma işlərinə 2019-cu ilin 1 dekabr tarixindən sonra başlamış vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə seçdiyi vergitutma metodu barədə məlumat formasını 2020-ci il 1 yanvar tarixinədək qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Əks halda, tikilən binalar üzrə yaranan vergi öhdəlikləri “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunla müəyyən olunmuş qaydada, yəni ƏDV və mənfəət (gəlir) vergisi metodu ilə hesablanacaq.

Bu səbəbdən bina tikintisi fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən 2019-cu ilin dekabr ayında tikinti quraşdırma işlərinə başladıqları binalara görə vergi metodu barədə (sadələşdirilmiş vergi və yaxud ƏDV və mənfəət vergisi) 1 yanvar tarixinə qədər məlumat verilməsi əsas şərt kimi müəyyən olunur.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac