ABŞ-ın Minnesota ştatında Azərbaycana dəstək aksiyası keçirilib –FOTO
(28-07-2020, 15:05)

ABŞ-ın Minnesota ştatında Azərbaycana dəstək aksiyası keçirilib –FOTOİyulun 27-də ABŞ-ın Minnisota ştatında ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsi və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını indiyədək işğal altında saxlaması ilə bağlı etiraz aksiyası keçirilib.

“Report” xəbər verir ki, ştatın paytaxtı olan Sent Pol (St Paul) şəhərində baş tutan aksiya Minnisota–Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilib. Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının və müxtəlif şüarlar yazılmış posterlərin bərkidildiyi avtobil karvanı şəhərin küçələrində hərəkət etməklə yerli ictimaiyyətin diqqətini Azərbaycan həqiqətlərinə cəlb edib.

Şəhərin mərkəzində başa çatan avtomobil yürüşünün sonunda “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son!”, “Ermənistanın işğalçı siyasətinə son!” “Qarabağı azad etməyin vaxtıdır!” şüarları səsləndirilib. Soydaşlarımız ABŞ Konqresindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac