Los Ancelesin meri ermənilərin zorakılığını qınayıb –Konsulluqdan açıqlama
(30-07-2020, 13:52)

Los Ancelesin meri ermənilərin zorakılığını qınayıb –Konsulluqdan açıqlamaLos Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayaraq, 21 iyulda Baş Konsulluğun ofisi qarşısında azərbaycanlılara münasibətdə baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib və hadisənin Los Anceles Polis İdarəsi tərəfindən araşdırıldığını qeyd edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib ki, sərbəst toplaşmaq və söz azadlığının amerikan dəyərlərinin təməl daşları olduğunu və bu azadlıqların Los Ancelesdə də uzun illərdir təmin olunduğunu deyən mer zorakılığın Los Ancelesdə yolverilməz olduğunu vurğulayıb.

E.Qarsetti Los Ancelesdə yaşayan Azərbaycan icmasının təhlükəsizliyinin təmin olunması istiqamətində səylərin davam etdiriləcəyini bildirib.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac