Azərbaycanın Avropa Şurasına üzv olmasından 18 İL ÖTÜR
(17-01-2019, 12:01)

Azərbaycanın Avropa Şurasına üzv olmasından 18 İL ÖTÜRBu gün Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasından 18 il ötür.
Qanun-namine.info-nun məlumatına görə, 24 yanvar 1992 – ci ildə Azərbaycan parlamenti "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət edib. Avropa Şurası Parlament Assambleyası 1996-cı ildə Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusu verdi. 20 yanvar 1998 – ci ildə Prezident Heydər Əliyev "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında" sərəncam imzalayıb.

17 yanvar 2001 – ci ildə Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul edib. 25 yanvar 2001 - Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olub. Strasburqda, Avropa Şurasının mənzil-qərargahının qarşısındakı flaqştoka Azərbaycanın bayrağı qaldırılıb. Mərasimdə Azərbaycan prezidenti Heydər Əliyev iştirak edib.


Ana səhifəyə qayıt
    Oxunub: 1740

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac