ATƏT sədri Azərbaycana gəlir- Rəsmi səfər
(20-02-2019, 16:23)

ATƏT sədri Azərbaycana gəlir- Rəsmi səfərATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Azərbaycana martın 5-də səfərə gələcək.

Bunu “Report”a Slovakiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, ötən gün Moskvada mətbuat konfransı zamanı M.Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün gələn ayın birinci yarısında Azərbaycana və Ermənistana səfər etmək niyyətində olduğunu demişdi.

Ümumiyyətlə, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılan münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq.

Daha əvvəl bildirilmişdi ki, Slovakiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyətindədir.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac