ATƏT:"Ukraynada parlament seçkiləri beynəlxalq standartlara uyğun olub"
(22-07-2019, 16:50)

ATƏT:"Ukraynada parlament seçkiləri beynəlxalq standartlara uyğun olub"Ukraynada seçkilər şəffaf keçirilib və vətəndaşların öz iradəsini sərbəst ifadə etmək prosesinə tətbiq olunan beynəlxalq standartlara uyğun olub.

Bu barədə ATƏT-in xüsusi koordinatoru, ATƏT Parlament Assambleyasının fəxri sədri, Finlandiya parlamentinin müdafiə komitəsinin rəhbəri İlkka Kanerva bildirib.

“Səsvermə şəffaf olub, seçkilərin təşkili isə yaxşı səviyyədə idi. Səslərin sayımı da şəffaf olub”, – o, deyib.

İ.Kanervanın sözlərinə görə, seçki kampaniyası demokratik prosedurlarla bağlı bir sıra pozuntulara baxmayaraq, rəqabətli keçib.

Qeyd edək ki, səsvermə protokollarının 64,03%-nin sayılmasının nəticələrinə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin tərəfdarlarının Xalqın Xidmətçisi Partiyası səslərin 42,54%-ni qazanıb.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac