Azərbaycan Bolqarıstana etiraz notası verdi- XİN məlumat yaydı
(8-08-2019, 16:19)

Azərbaycan Bolqarıstana etiraz notası verdi- XİN məlumat yaydıBolqarıstan parlmentinin üzvləri Valeri Simeonov və Yordan Apostolovun bu ilin 6-7 avqust tarixlərində ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri və burada qondarma separatçı rejimin “nümayəndələri” ilə keçirdikləri görüşlərlə bağlı Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən etiraz notası Bolqarıstan Xarici İşlər Nazirliyində keçirilmiş görüş zamanı qarşı tərəfin diqqətinə çatdırılıb.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlik qeyd edir ki, ermənipərəst mövqeyi ilə tanınan deputat V.Simeonovun bu, ölkəmizin işğal edilmiş ərazilərinə 3-cü qanunsuz səfəridir, onun adı 2016-cı ildə həyata keçirdiyi icazəsiz səfər nəticəsində “işğal edilmiş ərazilərimizə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşları” siyahısına daxil edilib:

“Deputat Y.Apostolova gəldikdə isə, ölkəmizin işğal olunmuş ərazilərinə icazəsiz səfər edən digər xarici ölkə vətəndaşlarının halında olduğu kimi, onun da bu səfəri eyni hüquqi nəticələri doğuracaq”.


Ana səhifəyə qayıt
    Oxunub: 1305

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac