Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü nəzərdə tutulur
(23-08-2019, 11:03)

Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü nəzərdə tutulurAzərbaycanla Ermənistan xarici işlər nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinə dair daha bir görüşünün hazırlıq işləri görülür.

Bu barədə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan jurnalistlərə bildirib.

Yeni görüşün vaxtı və formatı açıqlanmır.

“Danışıqlar prosesi davam edir, belə ki, yeni-yeni görüşlər mümkündür”, - deyə ermənistanlı nazir qeyd edib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında son görüş iyun ayında Vaşinqtonda keçirilmişdi.


Ana səhifəyə qayıt
    Oxunub: 1827

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac