Rusiya XİN-dən Nikol Paşinyanın Qarabağla bağlı bəyanatına münasibət:"Bəyanatlara diqqət edilməlidir"
(4-09-2019, 13:27)

Rusiya XİN-dən Nikol Paşinyanın Qarabağla bağlı bəyanatına münasibət:"Bəyanatlara diqqət edilməlidir"Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatına münasibət bildirib.

O, “Report”un Rusiya bürosunun əməkdaşının “Bu cür bəyanatlar münaqişənin həllinə necə təsir göstərir” sualına cavabında deyib ki, Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir davam edən və çətin problemdir.

“Azərbaycan və Ermənistan arasında münaqişə çox çətin bir prosesdir. Bu baxımdan bəyanatlara diqqət edilməlidir. Bu, başlanğıc nöqtəyə qayıtmamağımız və prosesin sıfıra düşməməsi üçün vacibdir”, – deyə M.Zaxaraova qeyd edib.


Ana səhifəyə qayıt
    Oxunub: 2001

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac